...

Azərbaycan və Rusiya "Şimal-Cənub" BND üzrə fəaliyyəti aktivləşdirib

İqtisadiyyat Materials 12 Aprel 2024 12:05 (UTC +04:00)
Azərbaycan və Rusiya "Şimal-Cənub" BND üzrə fəaliyyəti aktivləşdirib
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Rusiya "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin (BND) müxtəlif seqmentlərinin inkişafı üzrə fəaliyyəti aktivləşdiriblər.

Bu barədə Trend-ə Sankt-Peterburq Sənaye Siyasəti, İnnovasiya və Ticarət Komitəsinin sədr müavini Aleksandr Sitov Bakıda keçirilən danışıqların yekunlarına əsasən deyib.

""Şimal-Cənub" BND-nin aktivləşdirilməsi ilə bağlı Azərbaycanla əməkdaşlıq üzrə bir neçə seqment mövcuddur. Faktiki olaraq, bu dəhliz Baltika,Sankt-Peterburqdan başlayır, şaxələri İranda sonlanır və Hindistana qədər uzana bilir. Marşrutun bir hissəsi quru yolu ilə (avtomobil və dəmir yolu) Azərbaycan ərazisindən və Xəzər dənizindən keçir və əməkdaşlıq zonalarını işləmək barədə razılığa gəlmişik", - deyə Sitov qeyd edib.

Onun sözlərinə görə, Rusiya hazırda "Şimal-Cənub" BND ilə yük dövriyyəsini artırmaq üçün özünün Xəzər dənizindəki Olya limanının (il boyu gəmiçilik) modernizasiyasını həyata keçirir.

"Fikrimcə, Rusiyanın "Şimal-Cənub" BND üzrə yeni təşəbbüsləri Azərbaycan üçün maraqlı olacaq", - deyə Sitov bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti