...

Financial Chain Corporation və Gənc Mühasiblər İctimai Birliyi Şuşada (FOTO)

İqtisadiyyat Materials 22 May 2024 12:15 (UTC +04:00)
Financial Chain Corporation və Gənc Mühasiblər İctimai Birliyi Şuşada (FOTO)

Bakı. Trend:

Financial Chain Corporation (FCHAIN) və Gənc Mühasiblər İctimai Birliyi (GMİB) -nin təşkilatçılığı ilə 18 may 2024-cü il tarixində ümummilli liderimiz Heydər Əliyevin 101-ci ildönümü münasibətilə Şuşa şəhərinə səfər təşkil edilib.

Səfərin əsas məqsədi maliyyəçilərin Şuşa şəhərinə ilk səfər-gəzintisinin təşkil edilməsi ilə yanaşı, işğaldan azad edilmiş torpaqlarda aparılan yenidənqurma işlərinə töhfə verilməsi, bu ərazilərə maliyyə axınının cəlbi, sahibkarlığın gələcək inkişafı perspektivləri, sahibkarlıqda yaşıl iqtisadiyyatın rolunun müzakirə olunacağı forumun təşkili idi.

Şuşaya səfər çərçivəsində forum iştirakçıları Güllələnmiş büstlər, Gövhər Ağa Məscidi, Cıdır Düzü və Şuşa Qalasını ziyarət etdilər. Güzəl Şuşamızın əsrarəngiz mənzərəsi səfər iştirakçılarında unudulmaz təəssürat yaratdı.

Financial Chain Corporation-nın Baş Direktor müavini Valid Hüseynov Şuşaya səfər təəssüratlarını bizimlə də bölüşdü: “Qarabağımızın gözü olan Şuşamızda bu gün keçirdiyimiz fəxr və qürur hissinin həddi hüdudu yoxdur. Ziyarət etdiyimiz hər abidə bizdə sözlərlə ifadə edilməyəcək hisslər yaratdı. Mən Şuşada ilk dəfə 4 yaşımda olmuşam. Bura mənə çox əzizdir. Şuşa Azərbaycanımızın incisidir”.

Şuşamızın tarixi abidələrini ziyarət edərkən bu parlaq qələbədə canından keçmiş igid vətən övladlarının xatirəsini hörmətlə anan Valid Hüseynov bildirdi: “Əzəmətli Şuşa Qalasına baxınca sanki gözümün önündə Şuşa uğrunda müharibə canlanır. Bu əraziləri, mürəkkəb relyefi görəndə igidlərimizin Şuşanı necə çətinliklə düşmən caynağından azad etmələrini təsəvvür edə bilirik. Həqiqətən bu hissləri bir ömür unutmayacağıq.”

Xəbər lenti

Xəbər lenti