...

Azərbaycan və Pakistan Orta Dəhliz layihəsindən böyük fayda əldə edə bilər - Ceyhun Bayramov

İqtisadiyyat Materials 30 May 2024 14:28 (UTC +04:00)
Azərbaycan və Pakistan Orta Dəhliz layihəsindən böyük fayda əldə edə bilər - Ceyhun Bayramov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Pakistan Orta Dəhliz layihəsindən böyük fayda əldə edə bilər.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə birgə keçirdiyi brifinqdə deyib.

"Bağlantı məsələsi həmişə gündəmimizdə birinci yerdədir. Biz həm Azərbaycanın, həm də Pakistanın faydalana biləcəyi layihələrdən danışanda, Orta Dəhlizə xüsusi diqqət yetirilməliyik", - o qeyd edib.

Ceyhun Bayramov bu tranzit marşrutunun digər layihələrlə müqayisədə, təqribən 2 min kilometr qısa olduğunu qeyd edərək, quru nəqliyyatından danışıb.

"Azərbaycanda biz bu məsələyə xüsusi diqqət yetiririk. Birincisi, bizim müxtəlif formatlarda əməkdaşlıq etdiyimiz yaxın qonşularımız var. Bu yaxınlarda görülən işlər nəticəsində 2023-cü ildə biz Orta Dəhliz üzrə tranzit axınını 65 faiz artıra bilmişik. Qarşıdakı illər üçün daha iddialı planlarımız var”, - deyə nazir vurğulayıb.

Nazir Bakı Dəniz Ticarət Limanının hazırkı 15 milyon tondan 25 milyon tona çatdırılması üçün mühüm investisiya qərarlarının qəbul edildiyini də vurğulayıb.

“Azərbaycan həm öz ərazisində, həm də qonşu ölkələrdə dəmir yolu infrastrukturuna böyük sərmayələr yatırır.
Düşünürük ki, Pakistan və Mərkəzi Asiya ölkələri arasında müxtəlif iqtisadi layihələrin sayının artması və Pakistan-Çin İqtisadi Dəhlizini nəzərə alaraq, bu layihənin tranzit aspekti çox yaxşı sinerji yarada bilər. Bu, bugünkü müzakirə mövzularından biri idi”, - nazir əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən və regionun bir neçə ölkəsindən keçən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ yoldur. Orta Dəhliz Asiyanın şərq regionlarını, o cümlədən, Çini Avropaya birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Xəbər lenti

Xəbər lenti