...

Çexiya elektrik enerjisi istehsalında qazın payının artacağını gözləyir

İqtisadiyyat Materials 6 İyun 2024 10:42 (UTC +04:00)
Çexiya elektrik enerjisi istehsalında qazın payının artacağını gözləyir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

2035-ci ilədək Çexiyada istehsal olunan elektrik enerjisinin təqribən 10 faizinin təbii qazın payına düşəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə bu gün Çexiya Respublikasının Sənaye və Ticarət Nazirliyinin Enerji Strategiyası və Beynəlxalq Əməkdaşlıq üzrə direktoru Petr Binhak 29-cu Bakı Enerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" panel müzakirəsində deyib.

"Hazırda Çexiyada elektrik enerjisi istehsalında qazın payı təqribən 5 faiz təşkil edir. 2035-ci ilədək elektrik enerjimizin təqribən 10 faizini təbii qazın payın düşəcəyini gözləyirik. Bu, bərpa olunan enerji mənbələri ilə birlikdə bizi 2050-ci ilədək iqlim neytrallığının təmin olunmasından ibarət olan son hədəfimizin əldə olunmasında irəliyə apara bilər", - o deyib.

Petr Binhak həmçinin Çexiyanın dənizə çıxışının olmadığını və 2022-ci ilədək ölkənin Rusiya qazından demək olar ki, 100 faiz, Rusiya neftindən isə 50 faiz asılı olduğunu qeyd edib.

"Lakin artıq Rusiyadan enerji asılılığını azaltmağa nail olmuşuq", - deyə o əlavə edib.

Qeyd edək ki, iyunun 6-da Bakı Enerji Forumunun ikinci günü başlayıb.

Bu gün panel müzakirələrində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insan kapitalının rolu" və "Yaşıl gündəliyin imkanlarının genişləndirilməsi: Yaşıl planetin tərəqqisinə nail olmaq üçün strategiyalar və COP29" kimi mövzular müzakirə olunacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti