...

İtaliyadan Azərbaycana ərzaq məhsullarının ixracı artmaqda davam edir - Səfir

İqtisadiyyat Materials 19 İyun 2024 14:06 (UTC +04:00)
İtaliyadan Azərbaycana ərzaq məhsullarının ixracı artmaqda davam edir - Səfir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyadan Azərbaycana ərzaq məhsullarının ixracı artmaqda davam edir.

Trend xəbər verir ki, bunu bu gün İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko mətbuat konfransında deyib.

"İtaliyanın ticarət dövriyyəsində ərzaq məhsulları böyük yer tutur. Aprel ayında İtaliyadan Azərbaycana ərzaq məhsullarının ixracı illik müqayisədə 13 faiz artıb, - o deyib.

Səfir Azərbaycan və İtaliya arasında yeni əlaqələrin və biznes imkanlarının inkişafı üçün geniş imkanların olduğunu da vurğulayıb.

"COP29 kimi böyük beynəlxalq tədbirlər də buna öz töhfəsini verə bilər", - diplomat əlavə edib.

Xatırladaq ki, Luka di Canfrançesko bu ilin mayın 20-də İtaliyanın Azərbaycandakı yeni səfiri təyin edilib. Bu vəzifəni əvvəllər Klaudio Taffuri icra edib.

(Tərcümə: Gülnarə Kərimova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti