...

Azərbaycanda pambıq iplikləri üzrə yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Materials 10 Sentyabr 2024 23:07 (UTC +04:00)

Bakı. Trend:

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən AZS ISO 10290:2024 “Toxuculuq məmulatları - Pambıq ipliklər - Texniki şərtlərin əsası” dövlət standartı qəbul edilib.

Bu barədə Trend-ə Azərbaycan Standartlaşdırma İnstitutundan bildirilib.

Yeni dövlət standartının qəbul edilməsində məqsəd tək qat əyirilmiş, ağardılmamış pambıq ipliklərin təsviri zamanı tətbiq olunmalı meyarların və müvafiq sınaq üsullarının müəyyənləşdirilməsidir.

Yeni dövlət standartının tətbiqi pambıq iplikləri məhsullarının istehsalının müasir tələblərə uyğunlaşdırılmasına və yerli malların beynəlxalq bazarda etibarlılığının artmasına imkan yaradacaq.

Qeyd edək ki, sözügedən dövlət standartı “Tekstil sahəsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 45) müzakirə olunub və İnstitut tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Xəbər lenti

Xəbər lenti