Bakı. Trend:
Bakı metrosuna 2 yeni qatar gətirilib
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
“Bakı Metropoliteni” QSC-nin sifariş etdiyi qatarlardan daha 2-si paytaxta çatdırılıb. Növbəti 3 il ərzində Bakı metrosuna 13 yeni qatar və yaxud 65 yeni vaqon gətirməlidir. Bu qatarların 7-si 2024-cü ildə çatdırılmalıdır.
Yeni gətirilmiş 2 qatarın tənzimləmə-sınaq işləri müvafiq sənədləşmə prosedurları başa çatdıqdan sonra həyata keçiriləcək. Növbəti aylarda da gətiriləcək qatarlarla metropolitendə “Həzi Aslanov” – “Dərnəgül” istiqamətində qatarların böyük əksəriyyətini yeni nəsil qatarlar təşkil edəcək”, - deyə o qeyd edib.