Bakı. Trend:
Unibank müştərilərinin maliyyə təhlükəsizliyini təmin etmək üçün
yeni məhsul təklif edir. Artıq kredit
götürən müştərilər, kreditin ödəmə müddətində özlərini və
ailələrini əlavə maliyyə risklərindən qorumaq üçün Kredit Həyat
Sığortası əldə edə biləcəklər. Bu yeni məhsul müştərilərin maliyyə
təhlükəsizliyini təmin etmək məqsədi ilə hazırlanıb və onların
kredit ödənişlərini icra edərkən yaşaya biləcəkləri gözlənilməz
hallar zamanı narahatlıqlarını aradan qaldırmağa yönəlib.
Kredit Həyat Sığortası, kredit müddəti boyunca kreditgötürənin
vəfat etməsi və ya xəstəlik, bədbəxt hadisə nəticəsində əlilliyinin
yaranması hallarında borcun sığorta şirkəti tərəfindən ödənilməsini
təmin edəcək.
Qeyd edək ki, Kredit həyat sığortası, kredit məbləğindən asılı olaraq dəyişir və müştəriyə seçim imkanı verirlir. Sığorta haqqı, kredit ödənişləri ilə birlikdə aylıq, rüblük, yarımillik və ya illik olaraq ödənilə bilər. Ödəniş planı kredit müqaviləsi zamanı müştəri ilə razılaşdırılır.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud Facebook, İnstagram və Twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://www.instagram.com/unibank.az/, https://twitter.com/unibank ) əldə edə bilərsiniz.
Unibank- Sənin Bankın!