...

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17,7 mlrd. manatdan çox olub

İqtisadiyyat Materials 7 Oktyabr 2024 17:00 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 101.605 ədəd yeni nəsil NKA quraşdırılıb.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17,7 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,7 milyard manatdan, yaxud 10,7 faizdən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti