...

Türkiyənin Azərbaycana avtomobil sənayesi məhsulları ixracı azalıb

İqtisadiyyat Materials 8 Oktyabr 2024 12:35 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyənin Azərbaycana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz azalaraq, 67,7 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə Azərbaycana 9,5 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 4,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-sentyabr aylarında avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 26 milyard 933 milyon dolları ötüb.

“2024-cü ilin sentyabr ayında Türkiyənin dünya bazarlarına avtomobil sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 20,9 faiz azalaraq, 3 milyard 406 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 36 milyard 349 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti