...

Məlumatların məxfiliyi məsələləri Mərkəzi Asiya və Qafqaz üçün prioritet olaraq qalır – “Google”

İqtisadiyyat Materials 10 Oktyabr 2024 16:09 (UTC +04:00)
Məlumatların məxfiliyi məsələləri Mərkəzi Asiya və Qafqaz üçün prioritet olaraq qalır – “Google”
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Məlumatların məxfiliyi məsələləri Mərkəzi Asiya və Qafqaz üçün prioritet olaraq qalır.

Trend xəbər verir ki, bu barədə “Google”-un Mərkəzi Asiya və Qafqazdakı dövlət orqanları ilə əlaqələr üzrə rəhbəri Olqa Skoroxodova Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.

“Gizlilik məsələləri bütün hökumətlər, o cümlədən Mərkəzi Asiya və Qafqaz ölkələri üçün prioritet olaraq qalır. Məlumatların lokalizasiyasını gizlilik qorunması ilə tez-tez səhv başa düşürük. Məlumatların müəyyən bir ərazidə saxlanılmasının avtomatik olaraq onların təhlükəsizliyini təmin edəcəyini düşünürük, bu isə tamamilə yanlışdır. Hökumətlərin süni intellektin təqdim etdiyi imkanlardan tam istifadə edə bilməsi üçün məlumat mübadiləsi son dərəcə vacibdir”, - Olqa Skoroxodova qeyd edib.

Onun sözlərinə görə, məlumatların məxfiliyi ilə bağlı narahatlıqların əsaslı olduğunu qəbul etmək vacibdir.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Xəbər lenti

Xəbər lenti