...

"INMerge" sammiti zamanı regionda yeni vençur kapital fondu təsis edildi (FOTO)

İqtisadiyyat Materials 10 Oktyabr 2024 15:47 (UTC +04:00)
"INMerge" sammiti zamanı regionda yeni vençur kapital fondu təsis edildi (FOTO)

Bakı. Trend:

Bu gün "PAŞA Holding"in təşkilatçılığı ilə "INMerge" innovasiya sammitin ilk günü baş tutub.

Trend xəbər verir ki, sammit zamanı yeni "INMerge" vençur kapital fondu təsis edilib.

Fondun təsisçi tərəfləri kimi "PASHA Innovations" şirkəti, İnnovasiya və Rəqəmal İnkişaf agentliyi, Azərbaycan İnvestisiya Şirkəti, eləcə də, "Trendyol" şirkətlər qrupu çıxış ediblər.

“PASHA Innovation" olaraq bizim üçün çox qürurverci bir haldır ki, sözügedən fondun əsası məhz "INmerge" sammiti zamanı qoyulub. İnanıram ki, fondumuz parlaq ideyaları dəstəkləyən əsas alətlərdən birinə çevriləcək”, – "PAŞA Innovation" şirkətinin baş icraçı direktoru Fərrux Əliyev bildirib.

"INMerge" VK fondu çərçivəsində Qafqaz və Mərkəzi Asiya, Mərkəzi və Şərqi Asiya, eləcə də, Yaxın Şərq və Şimali Afrika regionlarından olan startaplara yatırımların edilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti