...

TDT ölkələri Macarıstanın enerji təhlükəsizliyini gücləndirir - Viktor Orban

İqtisadiyyat Materials 6 Noyabr 2024 20:14 (UTC +04:00)
TDT ölkələri Macarıstanın enerji təhlükəsizliyini gücləndirir - Viktor Orban
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Macarıstanın Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri ilə ticarət dövriyyəsi 5 milyard dolları ötüb.

Trend-in məlumatına görə, bunu baş nazir Viktor Orban Bişkekdə TDT Dövlət Başçıları Şurasının 11-ci iclasında çıxışı zamanı deyib.

Baş nazir Orban, həmçinin, Macarıstanın Türk İnvestisiya Fonduna 100 milyon dollar ayırmaq öhdəliyini yerinə yetirməyə başladığını qeyd edib:

“Ümid edirik ki, türk dövlətlərindən getdikcə daha çox şirkət Macarıstana sərmayə qoyacaq və biz də sizin iqtisadi yüksəlişinizdə daha çox iştirak edəcəyik”.

Baş nazir əlavə edib ki, bu il TDT-yə üzv ölkələr Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsinə əvvəlkindən daha çox töhfə veriblər.

“Macarıstan Türkiyədən təbii qaz tədarük edən ilk qonşu olmayan ölkə oldu və Azərbaycandan təbii qazın ilk partiyası da ölkəyə çatdırıldı", - Orban deyib.

Baş nazir xatırladıb ki, Macarıstan TDT ölkələrinin liderlərini gələn ilin birinci yarısında Budapeştdə keçiriləcək növbəti qeyri-rəsmi sammitdə gözləyir.

Xəbər lenti

Xəbər lenti