Bakı. Trend:
Ötən il Azərbaycandan Almaniyaya 49,5 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 16 milyon ABŞ dolları və ya 47,8% çoxdur. Hesabat dövründə Almaniyaya qeyri-neft məhsulları ixracı Azərbaycanın ümumi ixracının 1,48%-ni təşkil edib.
Eyni zamanda 2024-cü ildə Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının həcmi 1,6 ABŞ dolları olub. Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 221,6 milyon ABŞ dolları və ya 12,1% azdır.
Ötən il Azərbaycandan Almaniyaya 777 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 130,9 milyon ABŞ dolları və ya 14,4% azdır.
2024-cü ildə Azərbaycan Almaniyadan məhsul idxalını illik müqayisədə 90,7 milyon ABŞ dolları və ya 9,9% azaldaraq 825,7 milyon ABŞ dollarına çatdırıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7% azdır. Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Son 1 ildə ixrac 7,3 milyard ABŞ dolları və ya 21,7% azalıb, idxal isə 3,8 milyard ABŞ dolları və ya 21,8% artıb. Nəticə etibarilə xarici ticarətdə 5,5 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.