Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Fintex Assosiasiyasının üzvləri ilə görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkə hesabında paylaşım edib.
“Görüş çərçivəsində maliyyə texnologiyaları və ödəniş sektoru üzrə ötən ilin fəaliyyət nəticələrini müzakirə etdik. Həmçinin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” üzrə müəyyənləşdirilmiş strateji prioritetlərlə bağlı əldə olunmuş nəticələr və yaxın perspektivdə həyata keçiriləcək təşəbbüslər ətrafında fikir mübadiləsi apardıq”, - deyə paylaşımda qeyd edilib.