Bakı. Trend:
Ötən il Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri üzrə əməliyyat xərclərinə 146 milyon dollar xərclənib.
Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 26 milyon dollar və ya 21,7% çoxdur. Bununla yanaşı, ötən il BTC üzrə əsaslı xərclərə 44 milyon dollar xərclənib ki, bu da, illik müqayisədə 2 milyon dollar, yaxud da 4,3% azdır.
Belə ki, 2023-cü ildə BTC üzrə əməliyyat xərclərinə 120 milyon dollar, əsaslı xərclərə isə 46 milyon dollar vəsait xərclənib.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.