...

Ötən ay Azərbaycandan ixrac olunan narın həcmi açıqlanıb

İqtisadiyyat Materials 14 Fevral 2025 10:44 (UTC +04:00)
Ötən ay Azərbaycandan ixrac olunan narın həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 2 278 ton nar ixrac olunub.

Trend bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda ixracın dəyəri 2 milyon dollardan artıq olub. Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 33,3% və ya, 503 min dollar, miqdar ifadəsi ilə 35,3%, yaxud da 594 ton çoxdur.

Belə ki, ötən ilin yanvar ayında Azərbaycandan ixrac olunan narın miqdarı 1 684 ton, dəyəri isə 1,5 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti