...

"Uzbekistan Airways" Bakıya aviareyslərin sayını artıracaq

İqtisadiyyat Materials 15 Fevral 2025 15:15 (UTC +04:00)
"Uzbekistan Airways" Bakıya aviareyslərin sayını artıracaq
Kamol Ismailov
Kamol Ismailov
Bütün xəbərlər

Daşkənd. Trend:

“Uzbekistan Airways” hava yolları şirkəti Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə hava reyslərinin sayını artıracaq.

Trend xəbər verir ki, aprel ayından başlayaraq aviareyslərin sayı həftədə dörd dəfəyə qədər artırılacaq.

Məlumata görə, hazırda aviadaşıyıcı bu marşrut üzrə həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və bazar günləri uçuşlar həyata keçirir.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Daşkənd və Səmərqəndə müntəzəm reyslər həyata keçirir. Daşkəndə uçuşlar həftədə beş dəfə - bazar ertəsi, çərşənbə, cümə axşamı, şənbə və bazar günləri həyata keçirilir. Səmərqəndə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti