...

AİB-lə Azərbaycan arasında investisiyaların təşviqi üzrə prioritetlər müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 18 Fevral 2025 16:22 (UTC +04:00)
AİB-lə Azərbaycan arasında investisiyaların təşviqi üzrə prioritetlər müzakirə edilib (FOTO)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Nümayəndəliyinin ölkə üzrə direktoru Sunniya Durrani-Camal ilə görüşü keçirilib.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, görüşdə ölkə üçün ortamüddətli dövrdə sosial iqtisadi inkişaf və investisiyaların təşviqi üzrə prioritetləri və AİB-nin Ölkə Tərəfdaşlıq Strategiyasının (2025-2029) əhatə edəcəyi sahələri nəzərdən keçirilib.

“Qarşıdakı dövrdə AİB-lə əməkdaşlığın əsas istiqamətlərini dayanıqlı, şaxələndirilmiş iqtisadiyyata və yaşıl artıma dəstək, özəl sektorun gücləndirilməsi, insan kapitalının inkişafı, rəqəmsallaşma və iqlim çağırışlarına uyğun biznes həllərinin stimullaşdırılması təşkil edəcək”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti