...

Azərbaycanda gümüş istehsalı 30%-dən çox artıb

İqtisadiyyat Materials 19 Fevral 2025 11:06 (UTC +04:00)
Azərbaycanda gümüş istehsalı 30%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda 375,8 kiloqram gümüş istehsal edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, gümüş istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 32,6% və ya 92,3 kiloqram artıb. Belə ki, 2024-cü ilin yanvar ayında Azərbaycanda 283,5 kiloqram gümüş istehsal edilib.

Cari ilin fevralın biri vəziyyətinə ölkədə hazır gümüş ehtiyatının miqdar 625,9 kiloqram olub.

Qeyd edək ki, ötən il Azərbaycanda 3 min 184 ton gümüş istehsal edilib. Gümüş istehsal əvvəlki illə müqayisədə 521 kiloqram, yaxud da 14% azalıb. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal olunan gümüşün miqdarı 3 min 705 kiloqram olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti