Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) "SF Azerbaijan” MMC bank olmayan kredit təşkilatını (BOKT) və onun vəzifəli şəxsini cərimələyib.
Trend bu barədə AMB-dən məlumat əldə edib.
Məlumata görə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.1.6-cı maddələrinə əsasən "SF Azerbaijan" Bank olmayan kredit təşkilatı MMC və onun vəzifəli şəxsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq 50 000 (əlli min) və 10 000 (on min) manat məbləğində cərimə edilib.