Bakı. Trend:
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci ildən investisiya siyasətinin valyuta və aktiv bölgüsündə ediləcək dəyişikliklər məlum olub.
Trend xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun Risklərin idarəedilməsi departamentinin Aktivlərin bölgüsü, risk və gəlirliliyi şöbəsı̇nin müdiri Toğrul Rəhimbəyli "ARDNF - nin Media Dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin perspektivləri" mövzusunda keçirilən tədbirdə məlumat verib.
"Bu ildən Fondun valyuta bölgüsündə ABŞ dolları və qızıl, avro, ingilis funtu minimum 85%, digər valyutalar üzrə isə 15% paya sahib olması planlaşdırılır. Fondun investisiya siyasətinin aktiv bölgüsündə isə istiqrazlar 40%, səhmlər 25%, daşınmaz əmlak və infrastruktur 10%, qızıl 25% paya sahib olacaq", - T. Rəhimbəyli qeyd edib.