...

AMB-nin bank və BOKT-lara xalis tələbləri artıb

İqtisadiyyat Materials 7 Mart 2025 11:11 (UTC +04:00)
AMB-nin bank və BOKT-lara xalis tələbləri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin fevralın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 10,9 milyard manat təşkil edib.

Bu barədə Trend AMB-dən məlumat əldə edib.

Məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 1,4 milyard manat və ya 15,2%, bir il əvvəlki göstərici ilə müqayisədə isə 4 milyard manat və ya 57,6% artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvarın 1-nə AMB-nin banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 9,4 milyard manat, 2024-cü ilin fevralın 1-nə isə 6,9 milyard manat təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti