Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycana 10,7 milyon kVt/saat elektrik enerjisi idxal edilib.
Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin idxalına çəkilən xərc 290 min ABŞ dolları olub.
Elektrik enerjisi idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 2,1 milyon kVt/saat və ya 24%, dəyər ifadəsi ilə 36 min ABŞ dolları, yaxud da 14,2% artıb.
Belə ki, ötən ilin ilk ayında Azərbaycana idxal edilən elektrik enerjisinin həcmi 8,6 milyon kVt/saat, dəyəri isə 254 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycana Rusiyadan, Gürcüstandan və İrandan elektrik enerjisi idxal edilib.