...

Azərbaycanın neft koksu ixracı 40%-ə yaxın azalıb, gəlirləri 2,3 dəfə artıb

İqtisadiyyat Materials 17 Mart 2025 12:01 (UTC +04:00)
Azərbaycanın neft koksu ixracı 40%-ə yaxın azalıb, gəlirləri 2,3 dəfə artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk iki ayında Azərbaycan xaricə 28,4 min ton neft koksu ixrac edib.

Trend Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda məhsul ixracından əldə olunan gəlir 8,1 milyon ABŞ dolları olub.

Neft koksu ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 18,3 min ton, yaxud da 39,1% azalıb, dəyər ifadəsi ilə 4,5 milyon ABŞ dolları və ya 2,3 dəfə artıb.

Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycandan xaricə 46,7 min ton miqdarında, 3,6 milyon ABŞ dolları dəyərində neft koksu ixrac edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur. Ötən ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 7,2 milyard ABŞ dolları idi.

Ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar (0,3%) az və 1,7 milyard dollar (69,2%) çoxdur.

Xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti