Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2,2 milyard manat olub.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% və ya 337 milyon manat çoxdur. Ötən ilin ilk iki ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1,86 milyard manat idi.
Hesabat dövründə hüquqi şəxslər tərəfindən əhaliyə 1,67 milyard manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edir.
Qeyd edək ki, bu dövrdə hər bir ölkə sakini orta hesabla 215,3 manatlıq və ya 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə nominal ifadədə 32,1 manat çox müxtəlif ödənişli xidmətlərdən faydalanıb.