...

Son iki ayda Azərbaycanın meyvə-tərəvəz ixracı idxalını üstələyib

İqtisadiyyat Materials 19 Mart 2025 11:09 (UTC +04:00)
Son iki ayda Azərbaycanın meyvə-tərəvəz ixracı idxalını üstələyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 109 milyon ABŞ dolları dəyərində 100,4 min ton meyvə və tərəvəz ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstəricilərlə müqayisədə ixrac edilən meyvə və tərəvəzin dəyəri 9,5 milyon ABŞ dolları və ya 9,6%, həcmi isə 13,3 min ton və ya 15,3% artıb.

Hesabat dövründə meyvə və tərəvəzin ümumi ixracdakı payı 2,29%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 22,47%-ə bərabər olub.

Həmçinin, bu ilin ilk iki ayında Azərbaycana ümumi dəyəri 66 milyon ABŞ dolları olan 88,1 min ton meyvə və tərəvəz idxal olunub. 2024-cü ilin eyni ayları ilə müqayisədə meyvə və tərəvəz idxalının dəyəri 2,8 milyon ABŞ dolları və ya 4,5% artıb, həcmi isə 3,5 min ton və ya 3,8% azalıb.

Hesabat dövründə meyvə və tərəvəzin ümumi idxaldakı payı 1,59% təşkil edib.

Beləliklə, hesabat dövründə meyvə və tərəvəz ixracı idxalı dəyər ifadəsində 1,6 dəfə, həcm ifadəsində isə 1,1 dəfə üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti