...

Azərbaycan Ukrayna iqtisadiyyatına qoyduğu investisiyaları 4 dəfəyə yaxın azaldıb

İqtisadiyyat Materials 31 Mart 2025 09:16 (UTC +04:00)
Azərbaycan Ukrayna iqtisadiyyatına qoyduğu investisiyaları 4 dəfəyə yaxın azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ötən il Ukrayna iqtisadiyyatına 6 milyon ABŞ dolları sərmayə qoyub.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 17,6 milyon ABŞ dolları və ya 3,9 dəfə azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində Ukraynaya həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,3% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 23,6 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,762 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti