...

Bakıda sənaye istehsalı 2%-dən çox artıb

İqtisadiyyat Materials 8 Aprel 2025 14:44 (UTC +04:00)
Bakıda sənaye istehsalı 2%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 8,7 milyard manat təşkil edib.

Trend-in Bakı Şəhər Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 milyard manat və ya 2,3 faiz çoxdur.

Hesabat dövründə sənaye məhsulunun 73,5 faizi mədənçıxarma, 22,9 faizi emal, 3,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 79,1 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,8 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,2 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin martın 1-i vəziyyətinə 575,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 44,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti