...

Bakıda ödənişli xidmətlərin dəyəri 13%-dən çox artıb

İqtisadiyyat Materials 8 Aprel 2025 15:22 (UTC +04:00)
Bakıda ödənişli xidmətlərin dəyəri 13%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral ayında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1,3 milyard manat olub.

Bu barədə Trend Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,2 faiz çoxdur.

Dövr ərzində hüquqi şəxslər tərəfindən əhaliyə 1,2 milyard manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 90,2 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti