Bakı. Trend:
Azərbaycandan xarici bazarlara tərəvəz ixracı davam edir.
Kənd təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-mart aylarında ölkəmizdən ənənəvi xarici bazarlara tərəvəz ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artım qeydə alınıb.
Belə ki, 2025-ci ilin yanvar-mart aylarında ümumilikdə 48 milyon ABŞ dolları dəyərində 42,1 min ton tərəvəz ixrac olunub.
"Xarici bazarlara kənd təsərrüfatı məhsullarının, o cümlədən tərəvəz məhsullarının ixracı davam edir", - məlumatda qeyd olunub.