...

Birinci rübdə Azərbaycanda istehsal edilən ət, süd və yumurtanın həcmi açıqlanıb

İqtisadiyyat Materials 15 Aprel 2025 10:42 (UTC +04:00)
Birinci rübdə Azərbaycanda istehsal edilən ət, süd və yumurtanın həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kənd təsərrüfatında bu ilin yanvar-mart aylarında diri çəkidə 141,6 min ton ət, 502,8 min ton süd, 583,1 milyon ədəd yumurta və 110,1 min ton tərəvəz istehsal olunub.

Trend-ə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ötən ilin yanvar-mart ayları ilə müqayisədə tərəvəz istehsalı 14 faiz, yumurta istehsalı 2 faiz, ət istehsalı 1,7 faiz artıb, süd istehsalı isə 0,3 faiz azalıb.

2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,9 faiz, o cümlədən, heyvandarlıq məhsulları istehsalı 1,2 faiz, bitkiçilik məhsulları istehsalı 13 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti