Bakı. Trend:
Ötən il bank sektorun likvidlik mövqeyi yeni monetar çərçivə və prudenisal alətlərin tətbiqi çərçivəsinə uyğunlaşıb. Likvidliyin örtülmə əmsalı (LCR) məcmu və xarici valyutada müvafiq olaraq 150% və 178% təşkil edib.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bu gün maliyyə sabitliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2024-cü ilin sonunda bank sektoru üzrə gözlənilən cəmi nağd mədaxillər 4.8 milyard manat, gözlənilən cəmi nağd məxariclər 12.5 mikyard manat olmaqla cəmi xalis nağd məxariclər 7.7 milyard manat təşkil edib:
"Bank sektorunun yüksək keyfiyyətli likvid aktivləri 12 milyard manat təşkil etməklə cəmi xalis nağd məxaricləri üstələyir. Likvidliyin örtülmə əmsalı yüksək keyfiyyətli likvid aktivlərin adekvat səviyyədə saxlanmasını təmin etməklə bankların qısamüddətli likvidlik şoklarına qarşı dayanıqlılığını artırır".