...

Dövlət Agentliyi Elektron Rəqabət İnformasiya Sistemini yaratmağa başlayıb

İqtisadiyyat Materials 24 Aprel 2025 17:59 (UTC +04:00)
Dövlət Agentliyi Elektron Rəqabət İnformasiya Sistemini yaratmağa başlayıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Tərəfimizdən həyata keçirilən mühüm addımlardan biri də rəqabət qanunvericiliyinə dair məlumatların toplanması və təhlili üçün rəqəmsal platformaların tətbiqi imkanlarının genişləndirilməsidir. Bu əsasla da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Elektron Rəqabət İnformasiya Sisteminin yaradılmasına başlanılıb.

Trend xəbər verir ki, bu sözləri “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov deyib.

Onun sözlərinə görə, sözügedən sistem həm rəqabət, həm də istehlakçı hüquqlarının müdafiəsi sahələri üzrə istehlakçıların və bazar subyektlərinin müraciətlərinin qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından əldə olunmasını, həmin müraciətlərə dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edəcək.

Qeyd edək ki, ötən ilin 9 iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) yaradılması haqqında Fərman imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti