...

AİB əsas səylərini Özbəkistanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəltmək niyyətindədir

İqtisadiyyat Materials 5 May 2025 10:36 (UTC +04:00)
AİB əsas səylərini Özbəkistanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəltmək niyyətindədir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan.Trend:

Asiya İnkişaf Bankı (AİB) əsas səylərini Özbəkistanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəltmək niyyətindədir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə AİB-nin Özbəkistan üzrə direktoru Kanokpan Lao-Araya bu gün bankın Milanda keçirilən İllik iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Özbəkistanda hökumət bağçılıq və kənd təsərrüfatının şaxələndirilməsi sahəsində özəl sektoru investisiyalarla dəstəkləyir. Fərqanə vadisi kimi bəzi bölgələrdə yüksək əlavə dəyərə malik kənd təsərrüfatı məhsullarının - meyvə və tərəvəzlərin yetişdirilməsi mümkündür. Biz hökuməti bu sahələrə yatırılan investisiyalar və ixrac bazarlarının axtarışı ilə bağlı dəstəkləyirik ki, ölkə valyuta gəlirləri əldə edə bilsin. AİB diqqətini ərzaq təhlükəsizliyinə yönəldəcək, belə ki, Özbəkistan meyvə-tərəvəz məhsulları istehsalında mühüm rol oynayır”, – deyə o bildirib.

Lao-Arayanın sözlərinə görə, xüsüsilə Ferqanə vadisində meyvə-tərəvəzin əhəmiyyətli həcmləri istehsal olunur ki, bu təkcə daxili tələbi ödəmək üçün kifayət etmir, eyni zamanda ixrac üçün yetərli olur.

“Lakin Özbəkistan birbaşa dənizə çıxışı olmayan ölkədir və burada biz ticarət, logistikanın inkişafına, ticari vasitəçiliyə - birbaşa kənd təsərrüfatında olmasa da, məsələn suya qənaət texnologiyalarının və su resurslarının idarəolunmasının tətbiqi yolu ilə yardım göstərə bilərik”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, yalnız məhsul ixrac etmək yox, həm də onun əlavə dəyərini artırmaq vacibdir. Bundan əlavə, AİB Özbəkistana beynəlxalq standartlara uyğunlaşma prosesində dəstək vermək niyyətindədir ki, bu da ölkəyə Ümumdünya Ticarət Təşkilatına qoşulma çərçivəsində yeni bazarlara çıxış imkanı yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti