...

Pakistan AİB-dən daha çox maliyyə yardımı, ekspert dəstəyi gözləyir

İqtisadiyyat Materials 5 May 2025 18:12 (UTC +04:00)
Pakistan AİB-dən daha çox maliyyə yardımı, ekspert dəstəyi gözləyir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan. Trend:

Pakistan Asiya İnkişaf Bankının (AİB) əhəmiyyətli dərəcədə daha böyük maliyyə yardımına və ekspert dəstəyinə ümid edir.

Trend-in Milana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu AİB-in Pakistan üzrə idarəçisi Əhəd Xan Çima bu gün AİB idarə heyəti şurasının biznes-sessiyasında çıxışı zamanı bildirib.

"Resursların mövcudluğu rəqabətli prioritetlər tərəfindən də sıxışdırılır. Buna görə də mən sinerji və artan effektivliyə diqqət yetirməklə, yardımın səmərəliliyini diqqətdə saxlamaq və gücləndirmək zərurətini vurğulayıram. İnkişaf məqsədli yardımın göstərilməsini geosiyasi mülahizələrin təsirindən qorumaq da bizim üçün çox vacibdir. Yüksək səviyyədə institusional dürüstlüyün qorunması üçün çoxtərəfli inkişaf bankları layihələri ciddi şəkildə mahiyyəti üzrə - obyektiv, balanslaşdırılmış, şəffaf şəkildə və siyasi kontekstlərdən kənarda nəzərdən keçirməlidir", - o bildirib.

O qeyd edib ki, Pakistan AİB ilə uzunmüddətli və etibarlı tərəfdaşlığını yüksək qiymətləndirir.

"Pakistan öz iddialı islahat gündəliyi ilə irəlilədikcə, biz transformasiyanın davamlılığını təmin etmək üçün AİB-dən əhəmiyyətli dərəcədə artan maliyyə və ekspert dəstəyi gözləyirik. Dünya Bankı Qrupu ilə bu yaxınlarda başlatdığımız strateji çərçivəmizdən nümunə götürərək, mən AİB-i Pakistanın milli və əyalət prioritetləri ilə uzlaşan əsas sektorlarda transformasiya dəyişikliyini nəzərdə tutan 10 illik strategiya (2026-2035) hazırlamağa çağırıram", - Əhəd Xan Çima bildirib.

Onun sözlərinə görə, Pakistan AİB-dən özəl sektora dəstəyini genişləndirməsini, xüsusən də Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) struktur və funksionallıq səviyyəsinə nail ola biləcək xüsusi ofisin yaradılması yolu ilə ölkədəki əməliyyatlarının miqyasını artıracağını gözləyir.

"Mən AİB-dən əsas iqtisadi sektorlarda islahatları dəstəkləmək üçün siyasətlə bağlı maliyyələşdirmə formasında Pakistana dəstəyini davam etdirməyi və gücləndirməyi xahiş edirəm", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti