Bakı. Trend:
Hazırkı geosiyasi gərginliklərin davam etdiyi bir şəraitdə ərzaq təhlükəsizliyinin təmin olunması, bu sahədə idxalı əvəz edən və ixracyönümlü məhsul istehsalının artırılması da əsas prioritetlərdəndir.
Trend xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
"2025-ci ilin 9 ayında qeyri-neft-qaz ixracının 29%-i ilkin kənd təsərrüfatı məhsulları, 11%-i kənd təsərrüfatı emalı məhsulları təşkil edib. 2025-ci ildə kənd təsərrüfatı sahəsi, o cümlədən meliorasiya və suvarma infrastrukturu üzrə dövlət investisiya proqramından 124 mln. manat vəsait ayrılıb.
2026-cı il dövlət büdcəsi zərfi üzrə kənd təsərüfatı xərclərinin 2025-ci illə (gözlənilən) müqayisədə təxminən 5% artaraq 1,2 mlrd. manat olması proqnozlaşdırılır", - deyə nazir müavini bildirib.
