Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan İsveçrəyə 315,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 121,7 milyon ABŞ dolları və ya 1,6 dəfə çoxdur.
2025-ci ilin 11 ayı ərzində İsveçrəyə ixrac olunmuş qeyri-neft məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 9,5 faiz təşkil edir.
Beləcə, hesabat dövrü ərzində İsveçrə Azərbaycandan ən çox qeyri-neft məhsulları idxal etmiş ölkələrin sırasında üçüncü yer tutub.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirmişdir. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən il ərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə 2,416 milyard ABŞ dolları və ya 12,9% artmışdır.
