...

Bakıda Azərbaycan–İtaliya Hökumətlərarası Komissiyanın VI iclası keçirilir

İqtisadiyyat Materials 13 Yanvar 2026 11:09 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Azərbaycan–İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilir.

Trend xəbər verir ki, iclas çərçivəsində iki ölkə arasında energetika, ticarət, sənaye, investisiya və kiçik və orta biznes sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunur.

Azərbaycan tərəfdən Komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellidir.

Tədbirdə Azərbaycan və İtaliya hökumətlərini təmsil edən rəsmi şəxslər, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti