...

Azərbaycan banklarının 2025-ci ildə ümumi aktivlərinin həcmi açıqlandı

İqtisadiyyat Materials 28 Yanvar 2026 10:41 (UTC +04:00)
Azərbaycan banklarının 2025-ci ildə ümumi aktivlərinin həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivləri 57,086 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, hesabat dövrü ərzində bankların ümumi borcu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 manat olub.

Beləliklə, 2025-ci ildə bankların məcmu aktivləri 2,8%, məcmu borc öhdəlikləri 7,2% azalıb, balans kapitalı isə 11% artıb.

2024-cü ildə AÖS vasitəsilə həyata keçirilmiş əməliyyatların həcmi 109,9 milyon manat təşkil edib, sayı isə 99 min ədəd olub.

Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.

Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım 8% və ya 2,026 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti