Bakı. TTrend:
ABŞ prezidenti Donald Trampın İrana qarşı təhdidləri fonunda neft bazarında qiymətlər artmağa başlayıb və "Brent" markalı neftin qiyməti avqust ayından bəri ilk dəfə bir barel üçün 71 dollardan yuxarı qalxdı.
Trend-in məlumatına görə, London "ICE Futures" birjasında mart ayı üçün "Brent" markalı neftin fyuçerslərinin qiyməti bir barel üçün 70,69 dollar təşkil edir ki, bu da əvvəlki ticarət sessiyasının bağlanışından 2,29 dollar (3,35%) çoxdur.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarət platformasında mart ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti 2,03 dollar (3,21%) artaraq bir barel üçün 65,24 dollara çatıb.