...

ASCO-nun bu gəmisi təmirdən sonra ilk dəfə yük daşıyıb

İqtisadiyyat Materials 12 Fevral 2026 10:38 (UTC +04:00)
ASCO-nun bu gəmisi təmirdən sonra ilk dəfə yük daşıyıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Qafur Məmmədov” quru yük gəmisi İstanbulda yerləşən Torlak tərsanəsində həyata keçirilən əsaslı təmirdən sonra çıxdığı ilk səfərini uğurla başa vurub.

Trend xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilir ki, gəmi Gürcüstanın Poti limanından Moldovanın Curculeşti limanına ammonium nitrat yükü çatdırıb. Yük tam şəkildə artıq gəmidən boşaldılıb.

Hazırda “Qafur Məmmədov” gəmisi növbəti səfər üçün yükləməni gözləyir.

Yükgötürmə qabiliyyəti 5500 ton, uzunluğu 108, eni 16,5 metr olan gəmi 2017-ci ildən Xəzərdənkənar sularda istismar olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti