...

Bakıda "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2007 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan-Türkiyə iş adamları birliyinin (ATİB) məlumatında bildirilir ki, oktyabrın 2-də Bakıda "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfrans və biznes-forum keçiriləcək.

Konfransın təşkilatçısı Qara dəniz və Xəzər dənizi Sahibkarlar Konfederasiyaları Birliyi (UBCCE)-dir. Hazırda UBCCE-yə Albaniya, Azərbaycan, Bosniya-Herseqovina, Bolqarıstan, Gürcüstan, İran, Yunanıstan, Qazaxıstan, Makedoniya, Rumıniya, Serbiya və Türkiyənin təşkilatları daxildir

Konfransda iştirak məqsədilə Sabancı Holding, Koç Statoil, Shell EP, Bosphorus Gaz, Enel Türkiye, Anadolu Grubu, Turcas Petrol A.Ş., Borusan Güç Sistemleri şirkətlərinin nümayəndələrinin Bakıya səfər edəcəyi gözlənilir.

2007-ci il oktyabrın 3-də Bakıda UBCCE İdarəetmə Komitəsinin 2-ci iclası keçiriləcəkdir. İclasda təşkilatın bu il üçün fəaliyyətinin ilkin nəticələri və 2008-ci il üçün fəaliyyət proqramı müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti