...

Keşlə maşınqayırma zavodu sənaye şəhərciyinə köçürüləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2007 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Dövlət əmlakının idarə olunması üzrə Dövlət Komitəsi "Azərneftkimyamaş"ASC-nin törəmə müəssisəsi olan "Keşlə maşınqayırma zavodu" ASC-nin,Xızı və Abşeron rayonlarının ərazisində yaradılacaq sənaye şəhərciyinə köçürülməsi üzrə işlərin birinci mərhələsinin həyata keçirilməsi üçün tender elan edib.

Dövlət Komitəsindən bildirilib ki, tender bina və tikililərin, müəssisənin avadanlıq və qurğularının sökülməsi; ərazinin tullantılardan təmizlənməsi; müəssisəyə məxsus olan kommunikasiya xətlərinin sökülməsini əhatə edir.

Tenderdə iştirak etmək üçün namizədlər sənədlərini 2007-ci il noyabrın 5-nə qədər Bakı şəhəri, Y.Səfərov küçəsi 20, otaq 914 ünvanına təqdim etməlidirlər. Tender təklifləri 14 noyabr 2007-ci ilə qədər qəbul olunacaq, təkliflərin açılışı isə, 15 noyabr tarixində saat 11.00-da baş tutacaq. Əlaqə telefonları: 490-24-08 (150,242), faks: 490-33-59. e-mail: office"stateproperty.gov.az.

Tenderdə iştirak haqqı 500 manatdır.

Namizədlər iştirak üçün ərizə, iştirak haqqının ödənilməsi barədə bank qəbzi, vergi ödəmələrinə görə borcun olmaması barədə arayış təqdim etməlidirlər. Təqdim olunan səndələrdə hüquqi şəxsin statusu, tam adı, bank rekvizitləri, əsas faəliyyət yeri, əməkdaşlarının siyahısı və onların səlahiyyətləri göstərilməlidir.

Sənaye şəhərciyinin tikintisi üçün 267 ha ərazi ayrılıb.

Xəbər lenti

Xəbər lenti