...

Danışıqlar qrupunun rəhbəri: "Azərbaycan ÜTT üzrə danışıqların intensivləşməsini gözləyir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2007 15:01 (UTC +04:00)
Danışıqlar qrupunun rəhbəri: "Azərbaycan ÜTT üzrə danışıqların intensivləşməsini gözləyir"

Azərbaycan, Bakı/ Trend / Azərbaycan ÜTT-yə daxil olmaq çərçivəsində məhsul və xidmətlər üzrə təkliflərin hazırlanmasını başa çatdırıb. Oktyabrın sonuna qədər Azərbaycanın ÜTT-yə daxil olması çərçivəsində BAUM-tariflərinin (yerlli bazarın qorunması üçün maksimum yüksək tariflər) hazırlanması başa çatdırılacaq. Bu barədə çərşənbə axşamı xarici işlər nazirinin müavini, ÜTT üzrə Danışıqlar qrupunun rəhbəri Mahmud Məmmədquliyev bildirib.

"Artıq məhsul və xidmətlər üzrə təkliflər hazırdır. Tarif təklifləri ÜTT-yə üzv ölkələr, xüsusilə ABŞ və Aİ ilə ikitərəfli danışıqlar üçün lazımdır" - deyə Məmmədquliyev söyləyib.

Onun fikrincə, iktərəfli danışıqlar tempindən yanaşılsa, "əgər bu templər bü cür saxlanılarsa, gələn il Azərbaycanın ÜTT-yə daxil olması prosesində qəfil sıçrayış gözləmək olar".

Hazırda ÜTT-nin tələbi ilə Azərbaycanın qanunvericilik aktlarında fəal şəkildə dəyişikliklər aparılır. Azərbaycan Gürcüstan, Oman, Moldova, Türkiyə və BƏƏ ilə danışıqları başa çatdırıb.

Xəbər lenti

Xəbər lenti