...

Bakı Fond Birjasında əlavə DQİ yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2007 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Oktyabrın 11-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10300517S qeydiyyat nömrəli dövlət qısamüddətli istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.

2 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi məbləği 1 361 600 manat təşkil edib. Sifarişlər 5,18% (gəlirlik 10,56%) və 95,21% (gəlirlik 10,49%) qiymətlərdə təqdim olunub.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 95,18% (gəlirlik 10,56%) orta ölçülmüş qiymət - 95,20% (gəlirlik 10,52%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilib..

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 136 600 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla 1 361 600 manat məbləğində müəyyən edilib. Notların ödəmə tarixi 3 aprel 2008-ci ildir.

Xəbər lenti

Xəbər lenti