...

2008-ci ildə Azərbaycanda gəlir vergisinə cəlb olunan aylıq gəlirin həddi artırıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2007 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / 2008-ci ildə aylıq gəlir həddinin 1500 manata qədər artırılması planlaşdırılır. Bunun gəlir vergisinin 35 faiz üzrə toplanması tətbiq edildiyi vaxtdan həyata keçirilməsi nəzərdə tutulub. Bu barədə oktyabrın 28-də vergilər naziri Fazil Vəmmədov məlumat verib.

Bu gün gəlir vergisinin maksimal faizi üzrə 1000 manatdan yuxarı gəlirdən vergi alınır. 1000 manata qədər aylıq gəlirdən 14 faiz vergi tutulur. Üzərinə vergi qoyulmayan aylıq gəlir 50 manat təşkil edir.

Nazirin sözlərinə görə, gələn il vergi qanunvericiliyinə ediləcək bu dəyişikliklərdən savayı tikinti sektorunda nəzarətin artırılması nəzərdə tutulub. Bu tikinti sektoru işçilərinin sosial məsələlərini həll edilməsinə, xüsusilə də, əmək haqqı fondunun, gələcəkdə isə pensiya fondunun formalaşdırılmasına yardım edəcək.

Məmmədov hesab edir ki, sosial məsələlərin yaxşılaşdırılması ilə vergi qoymaların aşağı salınması məsələsinin müzakirəsi mümükündür. Bu gün vergi məcəlləsində ən yüksək faizlər qoyulub. Azərbaycanda on ildən yuxarı ixrac vergisi ləğv olunub ki, bu da, beynəlxalq arenaya çıxmaq üçün çox vacibdir.

Xəbər lenti

Xəbər lenti