...

Azərbaycanın parlament komissiyasının rəhbəri: "Gəlir vergisinin məbləği dəyişə bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2007 16:27 (UTC +04:00)
Azərbaycanın parlament komissiyasının  rəhbəri: "Gəlir vergisinin məbləği dəyişə bilər"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ Çərşənbə axşamı Milli Məclisin plenar iclasında 2008-ci il dövlət büdcəsi çərçivəsində Vergi Məcəlləsinə dəyişiklik və düzəlişlər layihəsinin ilk oxunuşdan müzakirəsinə başlanıb. İqtisadi siyasət üzrə parlament komissiyasının sədri Ziyad Səmədzadə hesab edir ki, düzəlişlər vergidən yayınma və digər neqativ halları aradan qaldırmağa imkan verəcək, vergi ödəyicilərinin hüquqlarının artırılması ilə əlaqədar olaraq, gəlir vergisinin məbləğinə dəyişikliklər ediləcək.

Bununla yanaşı, inzibati tədbirlərin sərtləşdirilməsi ilə eyni zamanda real əmək haqqının göstərilməsi məqsədilə stimullaşdırıcı tədbirlər görüləcək. Bununla əlaqədar olaraq, gəlir həddinin (fiziki şəxslərin gəlirlərindən 35% dərəcəsi ilə vergi çıxılır) min manatdan 1,5 min manata qədər artırılması nəzərdə tutulur.

"Bir çox deputatlar gəlir həddinin 2 min manatadək artırlmasını israr edirlər ki, bu da əmək haqqının göstərilməsində şəffaflığı artıracaq" - deyə Səmədzadə bildirib.

Vergi Məcəlləsinə dəyişikliklər layihəsində şəxsi hesab zamanı nəzarət-kassa aparatlarından istifadənin tələb olunmadığı fəaliyyət növlərinin siyahısının genişləndirilməsinə gəlincə,deputatların fikrincə bu, vergi mədəniyyətinin və qarşılıqlı münasibətlərdə etibarın artmasını göstərir.

Vergi Məcəlləsində əmək müqavilələrinin bağlanmaması ilə bağlı məsuliyyəti artırmaq nəzərdə tutulur, hər bir qeydə alınmayan işçiyə görə min manat məbləğində cərimə təyin olunub. Düzəlişlərdə bir sıra qanun pozuntularına görə cərimə sanksiyalarının həcmi 20-25%-dən 50%-dək artırılacaq.

Son illər gəliri daha da artan məişət oybektlərin vergiyə cəlb edilməsi mexanizminin dəyişdirilməsi, eləcə də, bu obyektlərin sadələşdirilmiş vergi sisteminə qoşulması nəzərdə tutulur.

Vergilər naziri Fazil Məmmədovun verdiyi məlumata görə, vergi qanunvericilyinə beş istiqamətdə 77 dəyişikliyin və əlavənin edilməsi nəzərdə tutulur: 22 redaksiya xarakterli dəyişiklik, 14-ü vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi istiqamətində, 9-u vergi siyasətinin inkişafı və təkmilləşdirilməsi, 10-u vergi nəzarətinin effektivliyinin artırılması, 22-si vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində.

Xəbər lenti

Xəbər lenti