...

Tikinti sektorunda işəgötürənlərə münasibətdə tətbiq edilən sanksiyaların sərtləşdirilməsi nizam-intizamı artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2007 19:22 (UTC +04:00)
Tikinti sektorunda işəgötürənlərə münasibətdə tətbiq edilən sanksiyaların sərtləşdirilməsi nizam-intizamı artıracaq

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Tikinti sektorunda qanunu pozan işəgötürənlərə münasibətlə tətbiq olunan sanksiyaların gücləndirilməsi nizam-intizama və işçilərlə işəgötürənlər arasında münasibətlərin nizamlanmasına gətirib çıxaracaq. Bu barədə çərşənbə axşamı Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Müfəttişilyinin rəhbəri Nəbi Şükürlü bildirib.

"Cərimənin məbləğinin artırılması ən mühüm məqam deyil, əsas odur ki, işəgötürənlər əmək müqaviləsinin bağlanmaması səbəbindən itkilərlə üzləşməmək üçün böyük məsuliyyət hiss edirlər" - deyə Şükürlü bildirib.

Əmək müqaviləsinin olmaması ilə bağlı məsuliyyətin artırılması nəzərdə tutulur, hər bir qeydə alınmamış işçiyə görə 1 000 manat dəyərində cərimə təyin olunub. Bu barədə parlamentin iqtisiadi siyasət komissiyasının rəhbəri Ziyad Səmədzadə parlamentin plenar iclasında, 2008-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

Əmək Müffəttişliyinin tikinti obyektlərində müntəzəm olaraq apardığı yoxlamalar zamanı əmək haqqının düzgün göstərilməməsi, əmək haqqının minimum əmək haqqı səviyyəsində, 50 manat səviyyəsində göstərilməsi faktları aşkar olunub.

Şükürlünün sözlərinə görə, Azərbaycanda noyabrın 1-dək tikilməkdə olan 800-dən çox binada 100-dən çox işçi çalışır. Lakin əmək müqaviləsi ,ən çoxu, 40 işçi ilə bağlanır.

Xəbər lenti

Xəbər lenti