...

Azərbaycanın iri süd məhsulları istehsalçısı qiymətləri qaldırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2007 15:27 (UTC +04:00)
Azərbaycanın iri süd məhsulları istehsalçısı qiymətləri qaldırıb

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ MILK-PRO şirkətinin maliyyə şöbəsindən çərşənbə günü verilən məlumata görə, Azərbaycanda süd məhsullarının iri istehsalçılarından biri olan şirkət çərşənbə axşamından etibarən istehsal olunan 44 növ məhsuldan 13-nün qiymətini 10% artırıb.

"Qiymət artımı dünya bazarında yağ və süd məhsullarının qiymətinin artması ilə izah olunur" - deyə şirkətdən bildiriblər.

Qiymət şirkəti süd ilə təmin edən fermerlər tərəfindən qaldırılıb, MİLK-PRO-dan verilən məlumatda belə deyilir. Qiymət artımına eləcə də şirkətin idxal etdiyi kərə yağının qiymətinin 98 dollardan 154 dollara qədər artması səbəb olub.

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Xidmətinin rəhbəri Samir Dadaşov əvvəllər verdiyi məlumatda yağın qiymətinin 20% artdığını və bunun dünya bazarında yağ və pendir istehsalçılarına təyin olunan vergilərin məbləğinin artması ilə izah olunduğunu bildirib.

MILK-PRO Ltd şirkəti 1991-ci ildə süd və süd məhsullarının istehsalı ilə məşğul olan müəssisə kimi yaradılıb. Şirkətin aktivlərinin bazar dəyəri 10 mln. dollar həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti